Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2014

İŞİD 200 qadını girov götürdü

İŞİD terror qruplaşması İraqın Rəmadi şəhərində qadınların da olduğu 50 nəfəri öldürüb, 200 qadını isə girov götürüb. Bu barədə “Anadolu” agentliyinin müxbirinə yerli “Əl Bunimer” əşirətinin şeyxi Naim əl Qaud xəbər verib.

“İŞİD silahlıları Hit rayonunda əl Bunimer əşirəti nümayəndələrinə qarşı zorakılığa əl ataraq onları Rasul Ma bölgəsinə aparıb. Aralarında qadınların da olduğu 50 nəfər başlarından və sinələrindən gülllələnərək öldürüldü. 200 uşaq və qadın girov götürülüb” – deyə Qaud bildirib.

Əl Qaud girovların da öldürülmə ehtimalına görə narahat olduqlarını bildirib.
1020 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP