Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2014

"Leyla Yunus dərhal azad edilməlidir"

Tanınmış ABŞ senatoru Ben Kardin hesab edir ki, Azərbaycan insan haqları müdafiəçisi Leyla Yunusu azad etməlidir və ona həkimlərə və vəkillərə çıxış verilməlidir.

“Leyla Yunusun vəkilə çıxışa ehtiyacı var və onun müalicəyə ehtiyacı var. Azərbaycan onu dərhal azad etməlidir”. Kardin bunu Twitterdə oktyabrın 31-də yazıb.

Leyla Yunus bu həftə yazdığı məktubunda bildirirdi ki, onun vəkili Cavad Cavadov onu məhkəmədə təmsil etməkdən uzaqlaşdırılıb.

Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus şərlənərək vətənə xəyanət və başqa cinayətlərdə ittiham olunaraq bu yay həbs olunublar.

Bakı məhkəməsinin qərarı ilə onlar məhkəməyə qədər həbsxanada qalmalıdırlar. Kardin hesab edir ki, məhkəmənin bu qərarları cəza verməkdir və buna ehtiyac yox idi.
1145 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25