Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2014

Rusiyada azərbaycanlının evindən 500 milyon dollarlıq heroin tapıldı

Evin sahibi İlqar İmanov kimdir? Əməliyyat 1 ildən çoxdur hazırlanırmış; 6 nəfərin həbs olunub

Rusiya Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti Moskva ətrafındakı Kolıçevo kəndində azərbaycanlıya məxsus bağ evində 500 milyon dollar olan heroin konsentratı aşkarlayıb. Əməliyyat barədə xidmətin direktoru Viktor İvanov oktyabrın 31-də məlumat verib.

Evdən tapılan heroin konsentratı 174 kiloqram olub.

Evin sahibinə gəlincə, rəsmi məlumatlara görə, bu, İlqar Nazim oğlu İmanovdur. Bildirilir ki, İlqar İmanov vaxtilə "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun (KVN) üzvü olub. O, hazırda banklardan birinin həmtəsisçilərindəndir.

"O, tanınmış şəxsdir. Hazırda o, banklardan birinin təsisçisidir, həmçinin ərzaq mallarının paylanması işi ilə məşğul olan ASC-lərdən biri onun adınadır” - deyə Rusiya Federal Xidmətinin Narkotik Dövriyyəsinə Nəzarət üzrə Moskva bölməsinin rəisi Vasili Yurçenko bildirib.

Yurçenkonun sözlərinə görə, 47 yaşlı İmanova məxsus ev 17 sotda yerləşir və 3 mərtəbəlidir. Həyətdə mühafizəçilər üçün 2 mərtəbəli ev də varş. Heroin də məhz həmin evdə tapılıb.

"Biz bu gün onu sorğu suala çağırmışıq. Mən bir şey deyə bilərəm ki, bu ilin 18 oktyabrında bu vətəndaş bahalı "Audi Q7" maşını alıb. Onun qiyməti 100 min dollardır.
Hazırda müəyyən etmək çətindir ki, İmanovun bu narkotiklə nə dərəcədə bağlılığı var. Lakin həmin mühafizəçiləri o, işə götürüb. Qonşuların dediyinə görə, mühafizəçilər iki ilə yaxındır evi mühafizə edir” - Yurçenko əlavə edib.

Evi Tacikistandan olan iki nəfər mühafizə edib. Onlardan biri əməliyyat zamanı narkotik maddənin təsiri altında olub. Ümumilikdə 6 nəfər həbs edilib ki, onlar da kriminal dairələrdə kifayət qədər tanınmış şəxslərdir. Heroin Rusiyaya Mərkəzi Asiyadan banan qutularında gətirilib.

Hüquq mühafizə orqanlarının bu istiqamətdə əməliyyatının 2013-cü ilin yanvar ayından aparıldığı vurğulanır.

Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin Moskva vilayəti üzrə bölməsinin mətbuat xidmətinin əməkdaşı Yekaterina Kosova isə APA-ya bildirib ki, İlqar Nazim oğlu İmanovun narkotiklərin qanunsuz ticarət və dövriyyəsinə heç bir aidiyyəti yoxdur: “Məsələ ondadır ki, adıçəkilən şəxs özünə işləmək üçün dürüst olmayan insanlar tutub. Onun evində qalan həmin şəxslər isə bu cinayətdə təqsirli bilinərək saxlanılıblar. İlqar Nazim oğlu İmanovun bu cinayətə heç bir aidiyyəti yoxdur. O, sadəcə olaraq evin sahibidir. Qanuna riayət edən vətəndaşdır. Onun narkotiklərlə heç bir əlaqəsi yoxdur. Deyə bilmərəm ki, o, “Bakılı oğlanlar” ŞHK-nın üzvü olub, ya yox... Bu, bizim üçün elə də vacib deyil. Biz onun hansı ölkənin vətəndaşı olduğunu da dəqiq bilmirik. Bu haqda bizdə məlumat yoxdur. Çünki cinayətkar fiqur kimi İlqar Nazim oğlu İmanov bizi maraqlandırmayıb”.

“Bakılı oğlanlar”ın bu adda üzvü olmayıb. Nə bizim dövrümüzdə, nə də Yuli Qusmanın kapitanlıq etdiyi dövrdə...”. Bunu isə “Bakılı oğlanlar” ŞHK komandasının keçmiş üzvü, hazırda Moskvada yaşayan Elçin Əzizov deyib. Onun sözlərinə görə, İlqar İmanov adlı şəxsin ŞHK-ya aidiyyəti olmayıb: “Biz çox çalışırıq ki, bu məlumatın yanlış olduğunu ictimaiyyətə çatdıracaq. Bu, yanlış məlumatdır”.

İlqar İmanov özü də məsələ ilə bağlı açıqlama verib. "aznews.az" xəbər verir ki, hazırda Türkiyədə olan İlqar İmanov istintaqa ifadə vermək üçün yaxın vaxtlarda Moskvaya gələcəyini deyib. İ.İmanov heç vaxt “Bakılı oğlanlar” klubunun üzvü olmadığını da vurğulayıb.
1133 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı