Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2014

Milli Şura noyabrın 10-na mitinq təyin etdi

Milli Şura noyabrın 10-da mitinq keçirmək qərarı verib. Bu barədə "Azadlıq"a Milli Şuranın sədri Cəmil Həsənli məlumat verib. Onun sözlərinə görə, qərar Milli Şuranın Koordinasiya Mərkəzinin 31 oktyabr toplantısında qəbul olunub.

Cəmil Həsənli bildirib ki, toplantı iştirakçıları ölkədə hazırkı ictimai-siyasi durumu, beynəlxalq aləmdə cərəyan edən prosesləri, xüsusən Qərb-Rusiya münasibətlərinin detallarını, bunların post-sovet məkanına təsirini müzakirə ediblər. Müzakirələr zamanı bildirilib ki, Milli Şuranın oktyabrın 12-də keçirdiyi mitinqin qətnaməsində öz əksini tapmış tələblərin heç biri yerinə yetirilməyib. Həm bunu, həm də ötən aksiyadan sonra daxil olan müraciətləri nəzərə alaraq, toplantı iştirakçıları növbəti mitinq qərarı verib.

Mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib.
971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22