Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2014

Rövşən Cavadovun oğlunun ölümü ilə bağlı yeni sensasion iddia

Laçın Cavadovun ölümü ilə bağlı yeni sensasion iddia

Atası Rövşən Cavadovun təhqir olunmasına dözməyən Laçın keçmiş prokuror Məmməd Quliyevin oğlunu yumruqla necə yerə sərdi?


OMON-un komandiri , mərhum Rövşən Cavadovun oğlu Laçın Cavadovun ölümü ilə bağlı sensasion məlumat əldə etmişik. Bu haqda Avropa.info-ya məlumat verən mənbənin sözlərinə görə, bu ölümdə şübhələnilən adamların içində Ayaz Mütəllibov dönəmində Bakı Şəhər Prokuroru işləmiş, Məmməd Quliyevin Moskva polisində yüksək vəzifə tutan oğlu Rövşən Quliyev də var. Belə ki, ölümündən bir müddət öncə, Məmməd Quliyevin oğlunun mərhum Rövşən Cavadovu bir neçə yerdə təhqir etdiyini eşidən Laçın ona zəng vuraraq söhbətə aydınlıq gətirməsini istəyir. Məmməd Quliyevin polis oğlu Rövşən Quliyev isə telefonda Laçını da təhqir etdikdə gənc Cavadov buna dözməyərək onun çalışdığı polis bölməsinə gedir. Bundan öncə isə, Laçına yaxın olan insanlar və güvənliyi altında olduğu Rusiya Federal Təhqiqat Bürosu gənc Cavadova xəbərdarlıq edirlər. Belə ki, Laçını nəzarətdə saxlayan FTB-də hadisədən xəbərdar olur. Lakin, atasının təhqir olunmağına dözə bilməyən Laçını polisdə Məmməd Quliyevin oğlu və bir neçə OMON əməkdaşı qarşılayır. Onsuz da həbs ediləcəyini düşünən Laçın Rövşən Quliyevə yaxınlaşaraq bir neçə yumruqla onu yerə sərir. Bundan sonra həmən hadisə yerinə tökülən FTB əməkdaşları Məmməd Quliyevin oğlu da daxil olmaqla hamını FTB-yə aparırlar. Bir neçə saatdan sonra Laçın azadlığa buraxılır. Məmməd Quliyevin oğluna isə azad edilməklə işlədiyi polis idarəsində şiddətli töhmət verilir. Bu hadisədən sonra Məmməd Quliyev ailəsi ilə Cavadovlar arasında heç vaxt olmayan münasibətlər soyuyur. Məmməd Quliyevin oğlu Rövşən Quliyev gec-tez Laçından qisasını alacağını bir neçə yerdə deyir. Elə bu vaxtlar Azərbaycan hakimiyyəti Laçın Cavadovun ölkəyə gəlməsinə, burada yaşamasına və babası Bəxtiyar Cavadovun dəfnində iştirak etməsinə icazə verir. Bundan sonra isə Laçın Cavadov müəmmalı şəkildə dünyasını dəyişir. Mənbə bildirir ki, o zamandan bu işdə Məmməd Quliyevin oğlunun əli olmasıyla bağlı müəyyən bilgilər olub və hətta FTB -də bu yöndə araşdırmalara başlayıb. Lakin nədənsə sonradan bu araşdırmalar dayandırılıb. Məmməd Quliyev və oğlunun kriminal qruplaşmasının olduğunu deyən mənbənin sözlərinə görə, Laçının kriminal qruplar tərəfindən aradan götürüldüyü barədə müəyyən məlumatlar da mövcuddur.
4822 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50