Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2014

İraq ordusu strateji əhəmiyyətli Beyci şəhərini İŞİD-dən geri alıb

İraq ordusu ölkənin Səlahəddin əyalətinin strateji əhəmiyyətli Beyci şəhərini “İslam Dövləti” terror təşkilatından geri alıb.

"Al Jazeera"nin verdiyi xəbərə görə, Beycinin ordu qüvvələrinin nəzarətinə keçməsi Tikrit şəhərinin azad edilməsinə zəmin yaradacaq.

Beycinin alınması zamanı öldürülən İŞİD silahlılarının sayının 100-dən çox olduğu bildirilir.

Bildirək ki, sözügedən şəhər bundan əvvəl "İslam Dövləti”nin nəzarətində olsa da, şəhər ərazisindəki ölkənin ən böyük neft emalı zavodu hökumətin əlində idi.

Qarşıdurmalar İraqın digər bölgələrində də qeydə alınıb. Neynəva əyalətinin şimal hissəsində yezidi kürdlərinin məskunlaşdığı Cəbəl-Sincar bölgəsi də kürdlərin “Peşmərgə” qüvvələri ilə İŞİD terrorçularının qarşıdurmasına şahidlik edib./SalamNews/
934 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
16.11.17, 10:20
Makron Livanın Ər-Riya