Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

“Raketlərimiz düşmənin kabusuna çevrilib”

Ayətullah Xatəmi: “Raketlərimiz düşmənin kabusuna çevrilib”

Üləma Məclisi rəyasət heyətinin üzvü Əhməd Xatəmi noyabrın 12-də qatıldığı bir mərasimində çıxış edərək Qərb ölkələri, o sıradan da Amerikaya qarşı sərt bəyanatlar səsləndirib.

İranın Qərblə Cenevrədə apardığı son nüvə danışıqlarına toxunan Ayətullah Əhməd Xatəmi deyib ki, düşmənlə dil tapmaq çətindir: “Bu gün biz həqiqi mənada vəhşi düşmənlərlə üz-üzə qalmışıq. Onlar dil anlamır və başa düşdükləri yeganə dil qan, güc və qüdrət dilidir. Şübhə etməyin ki, əgər İranın indiki gücü olmasaydı, Amerika dəfələrlə bizə qarşı hücuma keçmişdi. Əgər bizim raketlər olmasaydı, şübhəsiz ki, İsrail də indiyə qədər ölkəmizə qarşı hərbi hücuma keçmişdi.

Bu gün bizim 2000 kilometrlik məsafəni qət edən raketlərimiz vəhşi düşmənlərimizin daimi kabusuna çevrilib. Amerika, Fransa və Almaniya xarici işlər nazirlərinin hamısı bir bezin qırağıdır. Onların hamısının sahibi isə sionistlərdir”.
2257 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP