Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Noyabr 2014

Güllələdiyi şəxsi xəstəxanaya gətirdi

Bakı yaxınlığında film kimi olay: Güllələdiyi şəxsi xəstəxanaya gətirdi

Yaralının həyatını xilas etmək mümkün olmayıb

Abşeron rayonunda qətl hadisəsi törədilib. Noyabrın 1-nə keçən gecə Abşeron rayonunun Hökməli kəndində Fəqani Şükürov evinin yaxınlığında aralarında baş vermiş münaqişə zəminində ov tüfəngindən atəş açaraq 25-30 yaşlı kişiyə xəsarət yetirib. F.Şükürov daha sonra həmin şəxsi yaralı vəziyyətdə idarə etdiyi “VAZ-2121” markalı avtomobildə Kliniki Tibbi Mərkəzə aparıb. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
F.Şükürov könüllü olaraq Abşeron RPŞ-yə gələrək təslim olub. O, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “Etro” markalı ov tüfəngini təhvil verib./lentaz/
1299 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.06.17, 09:59
"Danışmaq yasaqdır"