Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2014

Jurnalistlərə qarşı törədilən cinayətlərin 90 faizinin üstü açılmır

Bu gün BMT-də ilk dəfə olaraq Beynəlxalq cəzasızlığa və jurnalistlərə qarşı cinayətlərə son qoyulması günü qeyd olunacaq.

“RİA Novosti”-nin verdiyi xəbərə görə, BMT-nin Jurnalistlərin Mühafizəsi Komitəsinin məlumatına əsasən, 2004-2013-cü illərdə azı 370 jurnalist qətlə yetirilib. Onların ölümü bu və ya digər mənada peşə fəaliyyətləri ilə bağlı olub. Bu qətllərdən 333-ün üstü hələ də açılmayıb.

Jurnalistlərin Mühafizəsi Komitəsi, xüsusən, Ukraynada çalışan jurnalistlərin taleyinə də diqqət yetirib: “İlin əvvəlindən, ölkədə böhran başlayandan 7 jurnalist və KİV nümayəndəsi ölüb”, deyə Komitənin əməkdaşı Müzəffər Süleymanov bildirib.

Qeyd edək ki, Beynəlxalq cəzasızlığa və jurnalistlərə qarşı cinayətlərə son qoyulması gününün hər il noyabrın 2-də qeyd olunması ötən il BMT Baş Assambleyasını tərəfindən qərara alınıb. Bu tarix keçən il Malidə iki fransalı jurnalistin öldürüldüyü günə təsadüf edir./apa/
1135 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...