Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2014

Gəncədə iki bıçaqlanma hadisəsi baş verib

Gəncədə bir gecədə iki nəfər bıçaqlanıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini, 33 yaşlı Allahverdiyev Rəşad Firuddin oğlu qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, R. Allahverdiyevi 27 yaşlı Rəhman Nağıyev bıçaqlayıb. Hadisənin dəmir yol vağzalı yaxınlığında baş verdiyi bildirilir.

Xəstəxanadan verilən məlumata görə, bu gecə 24 yaşlı Seyfullayev Mirdamət Nizami oğlu da döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun qardaşı tərəfindən bıçaqlandığı deyilir.

Həkimlər hər iki şəxsin vəziyyətinin ağır olduğu söyləyiblər./apa/
981 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber