Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2014

"Poroşenkonu, Kolomoyskini, Avakovu, Lyaşkonu və digərlərini asacağıq"

Donetsk və Luqansk Xalq respublikalarının liderləri “Bilmək haqqı” proqramında çıxış edərkən “bütün Ukraynanı azad eləmək” əzmində olduqlarını bildiriblər və Ukrayna rəhbərlərini hədələyiblər.

Verilişin video-yazısı bu gecə TBS telekanalı ilə efirə getməlidir. Çıxışlardan iki sitat:

“Təəssüf ki, keçmiş Ukrayna ərazisindəki müharibənin bütün dəhşəti – uzunmüddətlidir. Müharibə bizim qələbəmizlə başa çatacaq. Biz Kiyevə gələcəyik və bütün hərbi caniləri – Poroşenkonu, Kolomoyskini, Avakovu, Lyaşkonu və digərlərini asacağıq” – deyib “Novorosiya Xalq Cəbhəsi”nin həmsədri Konstantin Dolqov.

“Bizim duruş gətirmək, qalib gəlmək və nasistlər tərəfindən işğal edilmiş Ukraynanın yerdə qalan hissəsini azad eləməkdən savayı seçimimiz yoxdur. Biz mütləq olaraq hər bir regionun sakinlərinə öz müqəddəratı təyinetmə haqqı verəcəyik. Lvov Xalq Respublikası azad olmaq istəyirsə - buyursun! Polşaya qonaq getmək istəyirsə - yenə problem yoxdur”.

Bunu isə “Novorosiya” adlanan qondarma qurumun “dövlət tikinti komitəsi”nin sədri Vladimir Roqov söyləyib.

Hələ ki, rəsmi Kiyev Moskvanın təhriki ilə səsləndiyi şübhə doğurmayan bu təhdidlərə reaksiya verməyib.
1091 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı