Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2014

Bakının mərkəzində sərnişin avtobusu dəhşətli qəza törətdi: ölənlər var

Qəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub

Bakıda sərnişin avtobusu iki piyadanı vurub. Hadisə Nizami rayonu ərazisində, Babək prospekti 90 ünvanının qarşısında baş verib. 1985-ci il təvəllüdlü Cəfərov Süleyman Xalid oğlu idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu ilə 2 piyadanı vurub. Hər iki şəxs aldıqları xəsarətdən hadisə yerində keçinib.

Bildirilir ki, qəzanı törədən avtobus 50 saylı xətt üzrə sərnişindaşıma ilə məşğul imiş. Avtobusun vurub öldürdüyü şəxslərin kimliyi isə aparılmış araşdırmalardan sonra məlum olub. Ölənlər 1964-cü il təvəllüdlü Zeynalov Cabir Muxtar oğlu və 1984-cü ildə anadan olmuş Rzayev Şahin Kamil oğlu olub.

Qəzanı törədən avtobus sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır./lentaz/
1326 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.