Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2014

6 Ukrayna əsgəri öldürüldü

Ukraynanın şərqində ordu qüvvələri ilə separatçılar arasında baş verən atışmada 6 əsgər öldürülüb.

Atışma zamanı daha 10 əsgər isə yaralanıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından verilən açıqlamada bildirilir ki, tərəflər arasında atəşkəs elan edilməsinə baxmayaraq, separatçılar son 24 saatda 37 dəfə atəşkəsi pozub.

Separatçıların Qranitnoe, Nikolayevka, Starognatovka, Pavlopol, Slavyanoserbsk, Novoaydarovsk və Popastnaya qəsəbələrinə silahlı hücumlar təşkil etdiyi bildirilir. Həmçinin Donetsk hava limanı ilə Luqansk və Donetsk arasındakı dəmiryolu və quru yolu üstündə yerləşən strateji əhəmiyyət daşıyan Debaltsevo qəsəbəsi yaxınlığındakı mövqelər də hücuma məruz qalıb.

Ukrayna tərəfi separatçıların hücumların baxmayaraq, Donetsk hava limanı ilə Debaltsevo qəsəbəsinə nəzarətin ordu qüvvələrində olduğunu bəyan edib./ans/
813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP