Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

İmam Əli (ə) məscidində Tasua Günü qeyd olunu

Marneulidəki İmam Əli (ə) məscidində Tasua Günü qeyd olunub - FOTOSESSİYA

Bu gün Gürcüstanın Marneuli şəhərindəki Əhli-Beyt Cəmiyyətinin təşkilatçılığı ilə Məhərrəm ayının Tasua günü qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə Əhli-Beyt cəmiyyətinin qarşısından İmam Əli (ə) məscidinə qədər yürüş keçiriblər. Sonra İmam Əli məscidinin Axundu Hacı Hacıyev və digər din xadimləri Məhərrəm ayı, Tasua Günü və İmam Hüseynin (ə) şəhid olması ilə bağlı fikirlərini bildiriblər, İmam Hüseyn (ə) kəlamlarını səsləndiriblər.

Tədbirdən sonra iştirakçılar məsciddə günorta namazı qılıblar.

Yürüşdə Bolnisidən, Marneulidən və onun ətraf kəndlərindən gələn dindarlar iştirak ediblər.

Sabah isə Marneulidə Aşura gününə həsr olunan böyük bir tədbir keçirilməsi planlaşdırılıb. Tədbirlərlə bağlı rayon rəhbərliyi və rayon Polis İdarəsi təhlükəsizlik tədbirləri həyata keçirirlər.


2119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.09.17, 10:14
Daşla adam öldürdü