Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2014

Bayılda səs-küylü sökasök başlanır

Bakının Səbayel rayonu ərazisində söküntü işləri genişləndiriləcək. Paytaxtın Bayıl qəsəbəsi və 20-ci sahə yaşayış massivində plana düşən tikililər köçürüləcək.

Bayıl və 20-ci sahə arasındakı massivlər plandadır. Uzun müddətdir ki, Dövlət Neft Şirkətinin balansında olan bu ərazilərdə tikilən evlərin söküləcəyi müzakirə olunurdu. Ancaq layihənin icrasına başlanmırdı.

Məlumata görə, Bayılın abadlaşdırılması, iri layihələrin həyata keçirilməsi, Milli Parkın sözügedən istiqamətə genişləndirilməsi plandakı tikililərin söküntüsünü də aktuallaşdırıb.

Artıq Arif İsmayılov, Salyan döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrdə yaşayanların evlərinin sökülməsinə hazırlıq gedir. Bu ərazilərdə qeydiyyatsız evlər də var. Bu halda mülk sahiblərinə təzminat veriləcəyi sual altındadır. Onlar ARDNŞ tərəfindən məhkəməyə verilib və vətəndaşların mənzilləri qanunsuz sayılıb.

Mənzil sahibləri bələdiyyəni məhkəməyə verməklə kompensasiya tələb edirlər. Avropa Konvensiyasının İnsan hüquqları və azadlıqları haqda bölməsində deyilir ki, insan bir evdə yaşayırsa və evin kommunal xərclərini ödəyirsə, qeydiyyatı varsa, deməli, onun mülkiyyətidir. Ona görə də qanunsuz inşa edilən ev sahiblərinin də kompensasiya alması gündəmdədir./axar/
902 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 12:08