Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2013

HƏMAS: "Yalnız İsrail rejimini hədəf alacağıq"

HƏMAS Hərəkatı müqəddəs Məscidül-Əqsaya qarşı sionist rejimin apardığı söküntülərlə əlaqədar münasibət bildirib. HƏMAS liderlərindən Xəlil əl-Hayye bu haqda deyib: "Müqavimətin silahı yalnız İsrail rejiminə tuşlanıb. İsrail rejiminin planlarından, hərbi mövqelərindən tamamilə xəbərdarıq, düşmənimizi çox yaxşı tanıyırıq. Fələstin HƏMAS və ya da İzzəddin əl-Qəssam Briqadaları istiqamətlərini əsla dəyişməyəcək", - Dünya Bülleteni.

Mavi Mərmərə gəmisinə olunan hücuma da toxunan Hayye bildirib: "Müsəlman qardaşlarımız, insanlıq qardaşlarımız və türklər Qəzzanı xilas etmək üçün dəniz yoluyla gəldilər, şəhid oldular. Qanlarımız bir-birinə qarışdı. İndi yenə bu işğalı daha çox dərindən yaşayırıq, dünya isə sükut edir''./Deyerler
1532 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP