Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2014

Moskvada türkləri güllələyib, 3 milyon apardılar

Moskvada 2 Türkiyə vətəndaşına hücum olub.
Soyğunçular Türkiyə vətəndaşlarını odlu silahla yaralayaraq 3 milyon rubl (təxminən 72 min dollar) oğurlayıblar.
Moskva polisindən verilən açıqlamaya görə, soyğunçular silahlı olub:
“Hadisə Moskvanın 75 kilometrliyində baş verib. Şəxsiyyəti naməlum olan soyğunçular avtomobildə olan iki Türkiyə vətəndaşına hücum edib. Atəş nəticəsində hər iki türk yaralanıb. Bundan sonra 3 milyon rublu oğurlayan şəxslər hadisə yerindən qaçıb”.
Adları açıqlanmayan Türkiyə vətəndaşlarının 40 və 50 yaşlarında olduğu deyilir.
Şübhəlilərin tutulması üçün Moskva və ətraf bölgələrdə axtarışa başlanılıb./bugun/
1273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber