Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2014

Paşayevlərdən Ramiz Mehdiyevi susdurmaq üçün gediş

Sevinc Babayevanın ölümünün yenidən gündəmə gətirilməsi ilə PA rəhbərinin çıxışları arasında hansı əlaqə var?

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin rəqiblərini, xüsusilə Paşayevlər qruplaşmasını sıradan çıxarmaq üçün yenidən hücuma keçdiyi barədə məlumat vermişdik. Məlumatda deyilir ki, Azərbaycanın Rusiya ilə yaxınlığı Ramiz Mehdiyevin hakimiyyətdəki mövqelərini gücləndirib. PA rəhbəri də əlinə düşən fürsətdən istifadə edərək rəqibləri ilə hesab çəkmək istəyir.

O, bu sırada ilk olaraq Paşayevləri hədəf seçib. Ramiz Mehdiyevin təşkilatçılığı ilə keçirilən tədbirlərdə etdiyi çıxışlarda təhsil və elm sahəsini sərt tənqid etməsi Paşayevlərə hücum kimi qiymətləndirilir. Çünki istər təhsil naziri Mikayıl Cabbarov, istərsə də, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Paşayevlərin komandasına daxil olan şəxslərdir.

Artıq Paşayevlər də Ramiz Mehdiyevin hücumlarını dəf etmək üçün fəaliyyətə keçiblər. Son günlər vaxtilə PA rəhbərinə ən böyük zərbə olan “mandat qalmaqalı”nın yenidən gündəmə gəlməsi bu fəaliyyətin tərkib hissəsi hesab edilir. Məlumat üçün deyək ki, Ramiz Mehdiyevin məlum çıxışlarından sonra “mandat qalmaqalı”nın əsas qəhrəmanlarından olan keçmiş deputat Gülər Əhmədovanın rəfiqəsi Sevinc Babayevanın ölümü ilə bağlı yeni təfərrüatlar dövriyyəyə buraxılıb. Xatırladaq ki, “mandat qalmaqalı”nda Ramiz Mehdiyevin adı qırmızı xətlə keçirdi. Hələ o zaman belə məlumatlar yayılmışdı ki, PA rəhbərinin iqtidardakı rəqibləri bu məsələnin gündəmdə qalmasına və qalmaqalın daha dramatik hal almasında maraqlıdırlar. Lakin sonradan naməlum səbəblərdən qalmaqal səngidi.

Məhz Ramiz Mehdiyevin çıxışlarından sonra bu qalmaqalın qurbanı olan Sevinc Babayevanın ölümünün gündəmə gətirilməsi, bu məsələ ilə bağlı video və audiofaktların olması ilə bağlı məlumatların yayılması PA rəhbərinə mesaj sayıla bilər. Ehtimal etmək olar ki, Ramiz Mehdiyev Paşayevlərə hücumu davam etdirəcəyi təqdirdə Sevinc Babayevanın ölümü ilə bağlı Ramiz Mehdiyevə sarsıdıcı zərbə ola biləcək ilginc faktlar ortaya çıxa bilər.../azadlıq/
897 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber