Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2014

Sabirabadlılara su verilmir

Rayon Suvarma Sistemləri idarəsinin rəisi Əflan Aslanov əkin sahələrinə suyun verilməsini qadağan edib

Sabirabadda suyun vaxtlı verilməməsi səbəbindən kəndlilər əkin sahələrini suvara bilmirlər. Bunu rayon sakinləri məlumat veriblər.

Məlumatda vurğulanır ki, Sabiradadda payız ayları olmasına baxmayaraq, əkin sahələrinin kanal suları ilə suvarılması zərurətdir və bunu rayonda hamı bilir. Elə əhaliyə divan tutan da kənar adam sayılmır. Belə ki, Suvarma Sistemləri idarəsinin rəisi Əflan Aslanov və işçiləri pulsuz işlərdən maksimum bəhrələnməklə yanaşı, həm də insanların suyunu kəsməkdə ad çıxarıb.

Bildirilir ki, baş verənlərdən ciddi şəkildə narahat olan Sabirabad camaatı Əflan Aslanovun dəyişdirilməsi və ya işində dönüş yaratmasını tələb edirlər. Rayon Suvarma Sistemləri İdarəsinin isə bu tələblərə məhəl qoymadığı vurğulanır.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin ən yaxın kadrlarından biri sayılan Aslanovun böyük imkanlara sahib oluduğu da deyilir. Belə ki, sözügedən şəxsin Bakıda şirkətləri, villaları, milyonları var. Rayonda isə digər təyinatlı obyektləri fəaliyyət göstərir.

Etirazlara gəldikdə isə susuzluq üzündən əkin sahələri yararsızhala dühür ki, bu da sakinlərin ciddi narazılığı ilə müşahidə olunur. Onlar deyirlər ki, idarə müdiri Əflan Aslanov rayonun daha imkanlı şəxslərinə geniş şərait yaratdığı halda, pulu az olanların heç bir tələbəini yerinə yetirmirlər./jam/
821 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...