Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2014

Bəşər Əsəd Ramzan Kadırovu Suriyaya çağırdı

Suriya lideri Bəşər Əsəd Çeçenistan prezidenti Ramzan Kadırovu öz ölkəsinə səfərə dəvət edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə R.Kadırov özü açıqlama yayıb.

“Bu gün - noyabrın 2-də mən Suriyanın baş müftisi Şeyx Əhməd Bədrəddin Hassunu və Suriyanın Rusiyadakı səfiri Riyad Həddadı qəbul etdim. Müfti prezident Bəşər Əsədin mənə təşəkkür məktubunu təqdim etdi. Dedi ki, Suriya rəhbərliyi Çeçenistanın Yaxın Şərq regionundakı proseslərdə tutduğu prinsipial mövqedən məmnundur. Səfir Riyad Həddad isə mənə Bəşər Əsədin Suriyaya səfər dəvət məktubunu təqdim etdi” - deyə R.Kadıraov öz İnstagram səhifəsində yazıb.

Qeyd edək ki, R.Kadırov Suriya hakimiyyətinə dəstək verdiklərini dəfələrlə bəyan edib və bu ölkədəki terrorçulara qarşı mübarizəyə çağırıb. R.Kadırov Suriyada Əsəd rejiminə qarşı döyüşənlər arasında çeçenlərin olmasından təəssüfləndiyini də dəfələrlə dilə gətirib.
1098 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 18:49