Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2013

"Əziz xalqım, saray mollarının qondarma fətvalarına uymayın"

“İmam Hüseynin bizim üzərimizə qoyduğu vəzifə bütün növ fəsadlara qarşı (hicab qadağası, korrupsiya, rüşvətxorluq, seçki saxtakarlığı və s.) mübarizə aparmaqdır”


Noyabrın 1-də  Sabunçu Rayon Məhkəməsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilən ilahiyyatçı Taleh Bağırov həbsxanadan “Yeni Müsavat”a yazı göndərib. Yazını ixtisar etmədən təqdim edirik.

*****
Əziz xalqım! Zalım rejimlərin canına vəlvələ salan, məzlumların zalımlara qarşı mübarizəsinə stimul, ruhiyyə bəxş edən Məhərrəm ayı gəlib çatmışdır. Həqiqətən bu ay azadlıqsevərlərin ayıdır. Çünki bu ayın 10-cu günü, yəni Aşura günü İmam Hüseyn və onun fədakar səhabələri Kərbəlada öz mübarək qanları ilə insanlığı əsirlikdən xilas edə biləcək “AZADLIQ” məktəbi təsis etdilər. Alimlər bu şərəfli məktəbi günəşə bənzətmişlər. Belə ki, necə günəş öz həyat bəxş edən şüaları ilə insanlar arasında fərq qoymadan bütün bəşəriyyətə fayda verməkdədirsə, eləcədə İmam Hüseyn (ə) Azadlıq Məktəbi dinindən, millətindən, irqindən asılı olmayaraq insanlığa fayda vermək gücünə malikdir. Sözün həqiqi mənasında, bu sətirlərin müəllifi və əlindəki qələmi İmam Hüseynin dəyərli və izzətli məktəbinin fəlsəfi həqiqətlərini haqqını əta etməkdə acizdir.

Allah Təalanın bizə  verdiyi düşüncə payından istifadə edərək gücümüz müqabilində bu məktəbin həqiqətlərini, dəyərlərini sizlərə  bəyan edəcəyik. Tarix boyu alimlər öz araşdırmalarında bu şərəfli məktəbi əxlaqi, insani, irfani dəyərlər, fədakarlıq, vəfadarlıq və digər aspektlərdən tədqiq etmişlər. Lakin Kərbəla hadisələri baş verdiyi zamanı diqqətlə tədqiq etdikdə, Aşuranın daha çox ictimai siyasi aspektdən araşdırılmalı olduğunu anlamaq olar. Məhz bu səbəbdəndir ki, Aşura günündən indiyə kimi zalım rejimlərə mübarizə aparan liderlər, alimlər (istər müsəlman, qeyri müsəlman) İmam Hüseynin “Azadlıq” məktəbini özlərinə örnək götürmüşlər. Bu məktəbin dinindən, irqindən, milliyətindən asılı olmayan bütün bəşəriyyətə faydasını görmək üçün yaxın keçmişdə baş vermiş iki böyük inqilablara nəzər yetirmək kifayətdir. Hindistanda ingilis müstəmləkəçiliyinə qarşı mübarizənin banisi və lideri Mahatma Qandi olmuşdur.

O, bütün dünyada azadlıq carçısı simvoluna çevrilmişdir. Onun özü isə dəfələrlə vurğulamışdır ki, “Mən mübarizə ilhamını İmam Hüseynin Aşura məktəbindən alıram”. Onun digər sitatı: “Xalqımın azadlığı uğrunda mübarizə aparmaq üçün özümə ölümdən qorxmayan lider axtarırdım. Tarixi araşdırdım, nəinki ölümdən qorxmayan, ölümün üstünə gedən İmam Hüseyni tapdım”, “bütün azadlıqsevər insanların qibləsi İmam Hüseyndir”. Növbəti böyük lider, dahi şəxsiyyət 1979-cu il İran İslam İnqlabının rəhbəri, xalqın hakimiyyətini bərqərar edən mərhum Ayətullah Üzma Seyid Musəvi Xomeyni həzrətləri olmuşdur. O həzrət istər qohumluq baxımından, istər əqidə baxımından İmam Hüseynə yaxın olmuşdur. “Bizim nəyimiz varsa Məhərrəm və Səfərdəndir”, deməklə Kərbəla məktəbini bütün davamçılarına örnək etmişdir.

Zalım rejimlərə qarşı vuruşan və İmam Hüseyn məktəbinə əsaslanan hərəkatlar demokratik dəyərləri, xalqın hakimiyyətini bərqərar edirlər. Bu gün məmləkətimizdə əqidəsindən asılı olmayaraq hamı Hüseyn məktəbinə bağlı olmalıdır. Yalnız bu düşüncə bizə rejimə qarşı mübarizədə qələbə vədi verə bilər. Bu gün isə nə baş verir. Hakimiyyətə bağlı olan saray mollaları (istər əmmamədə istərsə qalstukda) Aşuranın həqiqətlərini təhrif etməyə çalışırlar. Aşura günündə qan vermə aksiyası ortaya atmaqla müsəlmanları bununla öz vicdan borclarını yerinə yetirilmiş sayıb rahatlamağa çalışırlar. Biz qanvermə aksiyasının əleyhinə deyilik, lakin belə tədbirlər başqa mötəbər günlərdə də keçirilə bilər. Çünki İmam Hüseyn bizlərin azad cəmiyyətdə yaşamağımız üçün öz mübarək qanını Kərbəlada qurban vermişdir. İmam Hüseynin bizim üzərimizə qoyduğu vəzifə bütün növ fəsadlara qarşı (hicab qadağası, korrupsiya, rüşvətxorluq, seçki saxtakarlığı və s.) mübarizə aparmaqdır. Əziz xalqım, saray mollarının qondarma fətvalarına uymayın və Aşura günündə haqq səsinizi ucaldın.

Vəssalamu aleykum və rahmatullahi və barakatuh

Hacı Taleh, Kürdəxanı, 12.11.2013
musavat
2304 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
06.12.16, 00:01