Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2014

Rus çarlarının tacında Quran ayəsi

Kremlin Silah Palatasında aparılan son araşdırmalar göstərir ki, rus çarları hələ qədimdən üzərində Quran ayələri və İslam peyğəmbərinin adı yazılan taclar geyiniblər.

Axırıncı rus çar ailəsi Romanovların banisi Mixail Romanovun tacında ərəbcə Quran ayəsi yazılıb: "Möminləri Allahın köməyi və tezliklə baş verəcək qələbə vədi ilə sevindir”. 1621-ci ildə Silah Palatasının ustası Nikita Davıdov tərəfindən hazırlanmış tacdakı yazının ətrafı səkkiz guşəli pravoslav xaçı ilə bəzədilib.

Silah Palatasında aparılmış araşdırmalar göstərir ki, ruslar Quran ayələrinə hələ qədimlərdən müraciət edirmişlər. Məsələn, çar İvan Qroznının dəbilqəsində ərəbcə "Allah, Muhammed” sözləri yazılıb. Bu yazı dəbilqəni 7 dəfə dolanır.

Rus hökmdarların Quran ayələrinə meyli hələ Aleksandr Nevskinin zamanından başlayır. Onun dəbilqəsində ərəbcə Quranın 61-ci surəsinin 13-cü ayəsi verilib: "Və bəşşir əl-möminin" - "Möminləri sevindir". /ans/


1136 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP