Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Noyabr 2014

Arvadı ilə birlikdə İŞİD-ə qoşulmaq istəyən kişi tutuldu

Suriyadakı terrorçulara qoşulmaq üçün ölkədən getmək istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Şəki rayon sakini Rahim Hacıyev həmyerlisi Samir Abdurrəhmanova qarşı dələduzluq edərək avtomobil satacağı adı ilə onun 11 min manatını alıb, avtomobili isə başqa yerdə gizlədib. Daha sonra R.Hacıyev həyat yoldaşı Günellə birgə Suriyadakı terrorçu qruplara qoşulmaq niyyəti ilə ölkəni tərk etmək istəyib və bu zaman rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan edilmiş 12 ədəd dini məzmunlu kitab, 9 ədəd disk və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Şəki rayon polis şöbəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.

Rahim Hacıyev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib və o, həbs olunub./ans/
1000 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23
Pakistan sərnişin təy