Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2014

İŞİD-ə əsirləri xilas etmək üçün milyon dollar ödədilər

İraq Kürd Yerli Administrasiyası (İKYA) İŞİD terror qruplaşmasının girovluğunda olan yezidiləri qurtarmaq üçün 1,5 milyon dollar ödədiyini açıqlayıb.

İraq Kürd Yerli Administrasiyasının (İKYA) nümayəndəsi Nuri Osman indiyə qədər 234 Şənqallı (Sincar) yezidi kürdün İŞİD-in əlindən qurtarıldığını, onlardan 150-nin qadın olduğunu söyləyib.

O, sonuncu dəfə 2 qadın, 5 kişini 30 min dollar qarşılığında qaytardıqlarını bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının Şənqal rayonuna hücumu nəticəsində on minlərlə yezidi kürd evlərini tərk edib, yüzlərlə yezidi isə silahlılar tərəfindən girov götürülüb./ans/
758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09