Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2014

Baş redaktorun qardaşı öldürüldü

Xalid Şirəliyevin nəşi Yasamal rayonu ərazisindən tapılıb

7gun.az saytının rəhbəri, hazırda həbsdə olan Cavid Şirəliyevin qardaşı öldürülüb. Bu barədə mərhumun qohumları məlumat verib.

Məlumatda deyilir ki, Xalid Şirəliyevin nəşi bu gün səhər saatlarında Yasamal rayonu ərazisində tapılıb. Belə ki, Post Patrul Xidmətinin əməkdaşları əraziyə baxış keçirən zaman aşkarladıqları meyidi öncə morqa, daha sonra isə ailəsinə təhvil veriblər.

Qohumlarının verdiyi məlumata görə, Xalid Şirəliyev bir müddət Azərbaycan Ordusunda ali təhsilli kimi leytenant rütbəsində çalışıb. Xidməti müddəti başa çatdıqdan sonra ordudan ayrılan sözügedən şəxs bir müddət işsiz qalıb. Bir ilə yaxın imiş onun könüllü olaraq orduya yaıldığı və Bərdədəki N saylı hərbi hissədə müddətdən artıq xidmət keçməyə başlayıb. Lakin səhhətində yaranmış problemlə bağlı müalicə alsa da, sonradan ordudan yayınmağa başlayıb. Hətta onun axtarışa verildiyi də deyilir.

Qeyd olunur ki, X.Şirəliyevi bir neçə gün bundan əvvəl evində tapıblar və 9 nəfərlik bir qrup onu Bərdəyə aparıb. Bir gün sonra isə onun meyiti Yasamal rayonunda aşkarlanıb.

Qohumlarının dediyinə görə, Xalid Şirəliyevin nəşinə baxış keçirilən zaman xeyli sayda zədə və xəsarətlərin olduğu aşkarlanıb. Onun döyülərək öldürüldüyü isə ailə üzvləri tərəfindən birmənalı olaraq iddia edilir.

Xalid Bağırovun nəşini videolentə və fotoya alan ailə üzvləri onu yaxın saatlarda təqdim edəcəklərini bildiriblər.

Hadisə ilə bağlı cinayət işinin açılıb, açılmadığı hələlik məlum deyil. Məsələni diqqət mərkəzinəd saxlayacağıq.

Xatırladaq ki, öldürülən Xalid Şirəliyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qohumudur./jam.az/
889 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:19