Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2014

Hakimiyyət əlilləri intihara sürükləyir

Məhkəmə qazilərin torpağını əlindən alıb

Qarabağ savaşı əlili Zaur Həsənovu YAP hakimiyyətinin özünü öldürməyə məcbur etməsinin bir ili yetişib. Lakin ölüm faktına görə heç kimə “gözün üstə qaşın var” deyilmədiyindən, yeni ölümlərin sifariş edilməsi göndəmdən düşmür.Fikir verin, sifarişçi DEPUTAT, qəbul edən MƏHKƏMƏ, icraçı ICRA QURUMLARI! Torpağından, əmlakından, canından olan isə QARABAĞ ƏLILI! Bir-iki yüz minə qanı neft milyardları ilə “yumaq” nə çətin işdir ki? “Qanı nöyütlə yumaq”dan ruh düşgünlüyünə qapılan hakimiyyət yeni kəşflər axtarışındadır.

...7-8 il qabaq bir neçə Qarabağ əlili “atışıb” Sabunçu rayonu, “Albalı” bağ massivində 5 min dollara Cavanşir Mahmudov adlı şəxsdən 6 sot torpaq alıb. Həmin torpağı 17 saylı notariusda 30 illiyinə etibarnamə ilə sənədləşdirən əlillərin bağda dincəlmək niyyətini Sabunçu məhkəməsi gözlərində qoyub.

Qarabağ əlilləri hakim Elşən Kazımovun 11 iyun 2014-cü il tarixli qətnaməsi ilə mülkiyyətlərindən məhrum ediliblər. “Əsas” da bu olub ki, iddiaçı torpaq alverçisi 30 illiyinə verdiyi etibarnaməni gizlincə 2-3 aydan sonra ləğv etdirib. Fikir verin, məhkəmə əlillərə qarşı dələduzluq faktını əsas tutub əlilləri cəzalandırıb. Hakim nə iddia ərizəsi verib, nə də iclas keçirib. Hətta rəsmi sənədlərdə adı keçməyən şəxsləri özündən cavabdeh edib. Halbuki həmin şəxs qətnamə çıxarılan tarixdə xaricdə müalicədə olub. Amma hakim qətnamədə göstərir ki, cavabdeh M.Şirəliyev iclasda ifadə verib.

Onun “alibi”sini təsdiq edən sənədlərə Bakı Apelyasiya Məhkəməsi (hakimlər Mədinə Bağırova, Saqi və Məmməd Məmmədovlar) nəinki qiymət veriblər, əksinə, heç şikayətçini çağırmadan gizlincə qətnaməni 17.09.2014 tarixli aktla dəyişdirmədən saxlayıblar. Yuxarı instansiya aşağı instansiyanın cəhvlərini düzəltmək əvəzinə,özü sifarişlə elə kobud səhvlər edib ki, məhkəmənin hüququ yox, dələduzluğu qoruması qənaətinə gəlirsən. Belə məhkəmə, belə hüquq olar?

Fikir verin,yuxarı instansiya işə 3-cü şəxsi-ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi Idarəsini cəlb edib, amma şikayətçini çağırmağı unudub. Axı 3-cü şəxslər və digərləri apellyasiya instansiyasında işə cəlb oluna bilməzlər! MPM-in 55 və 57-ci maddələrinə görə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən və irəli sürməyən 3-cü şəxslər iş üzrə birinci instansiya məhkəməsi qətnamə çıxarana qədər... işdə iştirak edən şəxslərin vəsatəti üzrə işə cəlb oluna bilərlər.

Maraqlıdır ki, Bakı Apelyasiya Məhkəməsi iddianın yönəldiyi Qarabağ qazisinin ünvanı Yasamalda olduğu halda ona nə bildiriş göndərib, nə də qətnamənin surətini. Əlillər işə baxılmamasından şikayət edəndən sonra hazır qətnaməni işə aidliyi olmayan şəxsin ünvanında əldə edə biliblər. Nəyə görə məhkəmə şikayətçiyə yox, şikayət verməyən şəxsə qətnaməni göndərib? Yəqin ki bunu araşdırmaq Məhkəmə Hüquq Şurasının(MHŞ) üzərinə düşür.Qarabağ əlilləri isə Bakı AM-in və MHŞ-nın qarşısında “nöyütlə yuyunma” aksiyasında qərarlıdırlar. Hələ ki, dələduzluq faktı ilə bağlı Baş prokurorluğa və Ali Məhkəməyə şikayətlərinin cavabını gözləyirlər./azadlıq/
751 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi