Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2014

Daha bir məscid təhqir olundu

Danimarkanın paytaxtı Kopenhagendə məscidin divarlarına xaç şəkli çəkilib. Danimarka Türk Mədəniyyət Dərnəyinin nəzdində fəaliyyət göstərən Yunus Əmrə Məscidinin divarlarına 3 adam faşist Almaniyasının emblemini həkk edib.

Dərhal polisi məlumatlandıran dərnək rəhbərliyi təhlükəsizlik kameralarına düşən görüntüləri də asayiş keçikçilərinə verib. Hadisədən qısa müddət sonra polis həmin 3 şəxsi həbs edib.

Dərnək rəhbəri Şərafəddin Koçbay verdiyi açıqlamada məscidin divarlarına çəkilən şəklin təhdid xarakteri daşıdığını bildirib. O, həmçinin əlavə edib ki, çəkilən xaç şəklini hələ divardan silməyiblər. Çünki sığortanın zərəri ödəməsi üçün şəkili sığorta agentləri gəlib, yoxlamalıdır.

Koçbay deyib ki, şübhəlilər tutulduğu üçün polis onlardan məsələnin bağlanmasını istəyib:

"34 ildir ki, burada fəaliyyət göstəririk. İlk dəfədir ki, belə bir halla qarşılaşırıq. Hazırda məscid üçün hər hansı bir narahatedici bir məsələ yoxdur"./ans/
743 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi