Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2014

“Arvadının boğazını üzərəm, səninsə başını kəsib çaya ataram” - Obamaya təhdid

ABŞ prezidentini hədələyən şəxs tutuldu

“Reuters” agentliyi bildirir ki, 42 yaşlı Mariland sakini ABŞ prezidenti Barak Obama və onun xanımı Mişel Obamanı öldürməklə hədələyib. Prezidentin saytına hədə-qorxu dolu e-mail göndərdən şəxs irqçilərə məxsus ifadələrdən gen-bol istifadə edib.

Agentlik bildirir ki, Kristofer Perkins Obiren bu günlərdə həbs olunub.

O, Obamaya göndərdiyi e-mail-də onu “axmaq” adlandırıb. Obama həmçinin İŞİD-ə dözümlü münasibət bəsləməkdə, ABŞ vətəndaşlarının başının kəsilməsinə imkan verməkdə, həmçinin Ebola virusunun yayılmasına şərait yaratmaqda ittiham olunub.

“Mən ümid edirəm ki, Mişelin boğazını kəsəcəm, sizin isə başınızı kəsib yaxınlıqdakı çaya atacam, sonra isə Merilanda yol alacam“, e-mail-də bu kimi hədə-qorxu dolu məqamlar kifayət qədərdir. Bu barədə yerli “ The Baltimore Sun“ qəzeti də xəbər yayıb.

Agentlik qeyd edir ki, Kristofer Perkins Obiren 2007-ci ildə 32 yaşlı qadın dostunu öldürdüyünə görə həbsdə yatıb. 10 illik həbs müddətinin bir hissəsini dəmir barmaqlıqlar arasında keçirdikdən sonra onun işinə yenidən baxılıb. Və qətli özündən asılı olmayan səbəbdən törətdiyinə görə həbs müddəti azaldılıb.

Agentlik bildirir ki, həbs olunan şəxsin vəkili məsələ ilə bağlı suallara cavab vermək istəməyib. Maraqlıdır ki, Ağ Ev də hadisədən dolayı açıqlama verməyib./musavat/
844 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP