Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2014

Xırdalanda maskalı şəxslər peyda olub

Xırdalanda vətəndaşlara hücum edən maskalı şəxslər peyda olub.

Bu barədə verilən məlumata görə, artıq bir neçə gündür xüsusilə də qadınlara hücum edən maskalı şəxslər onların əllərində olan çantalarını alaraq qaçır.

Daha çox axşam saatlarında qarətlə məşğul olan şəxslər xüsusilə bloklarda qadınlara hucum edir, qurbanlarına xəsarət yetirməkdən belə çəkinmirlər. Artıq üç bu cür hadisənin baş verdiyi bildirilir.

Məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsindən əvvəlcə faktı təsdiqləsələr də, sonra əlavə məlumat əldə etmək istədikdə polis idarəsinin növbətçi hissəsinin Əliyev soyadlı əməkdaşı belə bir hadisənin baş vermədiyini bildirdi. Əlavə etdi ki, bununla bağlı onlara heç bir məlumat daxil olmayıb./axar/
864 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP