Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2014

10 ayda 19 neftçi öldü

Bu ilin 10 ayında neft sektorunda 19 ölüm hadisəsi qeydə alınıb.

Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

M.Qəhrəmanlı dedi ki, rəsmi statistika reallığı tam əks etdirmir: “Təşkilatımıza daxil olan məlumatlar və ictimaiyyətə açıqlanan hadisələr əsasında 19 ölüm faktının olduğunu söyləyirik. Amma ölüm və istehsalat qəzalarının ictimaiyyətdən gizlədilməsi faktlarına da rast gəlirik. Buna görə də ehtimal edirik ki, ölən və yaralananların rəsmi statistikası reallıqdan uzaqdır”.

Neft sektorunda istehsalatda baş verən qəzalardan əlavə baş verən ölümlər:

-“Baharenerji” əməliyyat şirkətinin işçisi Etibar Kövsərov işdən çıxarıldığı, banka kredit borcu olduğu və özünə iş tapa bilmədiyi üçün intihar etmişdi.

-ARDNŞ-in “Neftqaztikintitresti”nin işçisi İsmayıl Umudov ixtisar xəbərini eşidib ürəyi partlamışdı.

-ARDNŞ-in əməkdaşı Rafiq Əmirquliyev ixtisar olunduğunu eşidib özünü yaşadığı binadan atmışdı.

-Balaxanı Əməliyyat Şirkətinin işçisi Hafiz Qasımov özünü iş yerində traktorun altına atıb (bu, rəsmi məlumatdır, ancaq şübhəli məqamdır).

Qalan 15 nəfər isə normal iş şəraiti yaradılmadığı üçün iş yerində həlak olub.

İstehsalatda ölənlərin 12-si ARDNŞ-in idarə və müəssisələrində çalışıb. Bundan əlavə, “Greyt Wall Drillinq”, “Qarasu”, “Suraxanıoil” şirkətlərinin əməkdaşları da istehsalat qəzası nəticəsində dünyasını dəyişib.
937 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber