Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Noyabr 2014

Bu ölkədə yaşamaq niyə çətindir?

Məmurları milyonlara sahib olan, dəbdəbəli həyat sürən, villalarını, bahalı maşınlarını sosial şəbəkələrdə paylaşıb, öz acgözlüklərini xalqın gözünə soxan insanlarla eyni ölkədə yaşamaq çox çətindir. Həm də ona çətindir ki, bu harınlıqlar, qarabağ əlilinin, müəllimin imkansızlıqdan dilənçilik etdiyi neft və milyonlar səltənəti olan bir ölkədə baş verir.

Əslində asan olmalıdır. Yerinin altı da üstü də sərvətlərlə dolu olan bir ölkənin vətəndaşları xoşbəxt olmalıdır. Bu bizim, Azərbaycan vətəndaşlarının haqqıdır. Amma reallıq bunun tam əksini göstərir. Təkcə neftdən hər gün hesablamağa belə həvəsim olmayacaq miqdarda pul qazanılır. Qazanılan bu milyonlar Azərbaycan vətəndaşına, onun rifahının yaxşılaşdırılmasına deyil, illərdir xalqın pulunu oğurlayan, insanların haqqlarını tapdalayan acgöz məmur ordusunun ciblərinə axır. Qanları rüşvətlə zəhərlənmiş insanlar vətəndaşlara xidmət edə, onların problemləri ilə maraqlana bilməzlər. Azərbaycan məmurunu maraqlandıran insanların necə yaşaması deyil, büdcədən ayrılmış milyonları necə silməyin yollarını öyrənməkdir. Oğurluq, əliəyrilik bunların əsas insani keyfiyyətləridir. Bu insanlar heç vaxt xalqa, millətə xidmət edə bilməz. Onlardan yaxşı nəsə gözləmək İlham Əliyevin demokratik yolla prezident seçilməyinə inanmaq qədər sadəlövhlükdür.

Bu ölkədə vətəni sevmək, azadlıq uğrunda mübarizə aparmaq, haqqlarını tələb etmək ən ağır cinayət, bu mübarizəni aparanlarsa ən təhlükəli cinayətkarlardır iqdidarın gözündə. Yaltaqlıq, ikiüzlülük, rüşvətxorluq isə vəzifə tutmaq üçün qoyulmuş kriteriyalardır. Əgər belə olmasaydı savadlı, intellektli, fədakar insanlar həbsdə, vətən sevgisinin nə olduğunu bilməyənlər, iki eşşəyin arpasını bölmək qabiliyyətinə sahib olmayanlar isə vəzifələrdə olmazdırlar.

Azərbaycanı pillələri arasında yerlə göy qədər fərq olan nərdivana bənzədirəm. Aşağı pillədə xalq, yuxarı pillədə isə rüşvətxor məmurlar dayanır. Yuxarı ilə aşağı arasında əlaqə illərdir kəsilib. Məmurlar nəiinki xalqın problemlərini həll etmir, heç maraqlanmırlar da. Əksinə insanların əlində olan hər şeyə gözlərini dikiblər. Bunların doymaq fikirləri yoxdur, ümumiyyətlə doymağın nə olduğunu bilmirlər. Rüşvətsiz yaşamağı bacarmırlar. Vəzifəyə gəlmək üçün rüşvət verən adamdan bundan fərqli bir sey gözləmək də olmaz.

Bu ölkədə yaşamağı asanlaşdırmaq üçün, hər birimiz üzərimizə düşəni etməliyik.

Elçin Əhmədli/azadlıq
1018 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı