Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

05 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 05-də yağıntının tədricən kəsiləcəyi, hava şəraitinin gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 05-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə havanın yağıntılı keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
1023 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber