Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Gürcüstanın hakim koalisiyası parçalanma astanasında

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze hazırkı hökumətin tərkibindəki “Bizim Gürcüstan – Azad demokratlar” partiyasının rəhbəri İrakli Alasaniyanın komandasından olan nazirlərin hamısının istefaya göndəriləcəyini istisna etməyib. Bu barədə “Qruziya Onlayn” məlumat verir.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən gün müdafiə naziri İrakli Alasaniya tutduğu vəzifədən azad edib. Gürcüstanın yeni müdafiə naziri Mindiya Canelidze təyin olunub. O, təyinatından əvvəl baş nazir yanında Təhlükəsizlik və böhranların idarəetməsi şurasının katibi vəzifəsində çalışıb.

İrakli Alasaniyanı istefaya göndərdikdən sonra onun silahdaşı olan Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili də istefa verib.

Qeyd edək ki, Petriaşvilidən başqa Gürcüstan hökumətində hazırda İrakli Alasaniyanın komandasını təmsil edən daha iki nazir var – bunlar ədliyyə naziri Teya Tsulukiani və xarici işlər naziri Maya Pancekidzedir. Maya Pancekidzenin İrakli Alasaniyanın həyat yoldaşının bacısı olduğu bildirilir.

Gürcüstan mətbuatı qeyd edir ki, Alasiniyanın rəhbəri olduğu partiya “Gürcü arzusu” hakim koalisiyasını tərk edəcəyi təqdirdə “Gürcü arzusu” 10 deputat mandatını və nəticə olaraq parlamentə çoxluğu itirmiş olacaq./apa/
798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber