Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Qonşu qonşunu bıçaqladı

Qonşusunu baçaqlayan yeniyətmə axtırışa verilib

Bakının Nəsimi rayonunda iki qonşunun söz mübahisəsi qanlı sonluqla bitib.

Rayonun Natiq Şahbazov küçəsində yaşayan 34 yaşlı Rafiq Məmmədov, qonşusu Fuad adlı şəxs tərəfindən bıçaqlanıb.

Taksi sürücüsü olan Rafiqi onunla eyni ərazidə taksi sürücüsü kimi fəaliyyət göstərən tanışı 1 saylı şəhər xəstəxanasına çatdırıb.

Çox saylı bıçaq xəsarəti alan yaralı dərhal əməliyyat olunub. Rafiq Məmmədovun qohumlarının dediyinə inansaq, Rafiqlə Fuadın mübahisəsi yaşadıqları evin qarşısında baş verib.

Qonşular isə cinayətdə şübhəli bilinən Fuadın tüfeyli həyat tərzi yaşadığını bildiriblər. Hərbi xidmətə hazırlaşan yeniyetmə nənəsinin himayəsində yaşayır./ans/
928 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı