Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Qurana and içən ABŞ konqresmeni

Minnesotadan olan Kit Ellison Birləşmiş Ştatlar Konqresinə seçilmiş ilk müsəlmandır.

O, konqresə 2006-cı ildə, İraq müharibəsinə qarşı çıxan Demokrat kimi gəlib. Hazırda öz yerini beşinci dəfə saxlamağa çalışan Ellison prezidentin İŞİD-ə qarşı mübarizəsini dəstəkləyənlərdəndir. “Çətindir. Mən İŞİD-in hədə olduğunu düşünürəm. Lakin onu da düşünürəm ki, İŞİD-lə mübarizənin yolu təkcə müharibə deyil. Onlara neft satışı dayandırılmalıdır. Onlara maliyyə yardımı kəsilməlidir. Türkiyədən və ya digər regionlardan hərbi qüvvələrin keçiməsinin qarşısı alınmalıdır. İŞİD-I yalnız belə zəiflətmək olar”- deyə Elison müsahibələrinin birində deyir.

Buna baxmayaraq İŞİD yaraqlılarının arasında təxminən 100-ə qədər amerikalı var ki, onalrdan azı 10 nəfəri Kit Ellisonun təmsil etdiyi Minnesota ştatının Minneapolis şəhərindəndir. “Biz gənclərimizə başa salmalıyıq ki, əgər onlar din naminə nəsə etmək istəyirlərsə, imkansızlara yardım etsinlər. Onlar Amerikanın ictimai həyatında iştirak etməlidirlər. Onlar ABŞ-ın hər hansı qanununu tənqid edə bilərlər, lakin bu, qanun çərçivəsində olmalıdır. Səsvermə yolu ilə həyata keçirilməlidir. Xarici düşmənlə bir araya gəlib öz vətənlərinə qarşı çıxmaq qəbuledilməzdir” deyə, o bildirir.

Qeyd edək ki, Kit Ellison ilk konqresmen idi ki, adniçmə mərasimində əlini Qurana qoyaraq and içmişdi. “Müsəlman olmaq ona Amerikanın siyasi həyatında çətin olubmu?” sualına Ellison belə cavab verir:

“Əksinə, çətinliklər mənə daha da mətin olmağa kömək edib. Mən duanın gücünə inanıram. Haradasa baş verən cinayətdə İslamın adının hallanması məni məyus edir. Arabir anti-İslam sentimentləri ilə üzləşirəm, amma bunlar kiçik şeylərdir və məni narahat etmir.”

Xatırladaq ki, ABŞ-da konqres seçkiləri Amerika seçicilərinin İŞİD-lə bağlı narahatlıqlarının vüsət aldığı bir vaxta təsadüf edir./ans/
902 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat