Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Dilqəm Əsgərov qondarma məhkəmədə ifadə verməkdən imtina etdi

Dağlıq Qarabağda girov saxlanılan azərbaycanlı girov Dilqəm Əsgərov Xankəndidə təşkil edilən qondarma “məhkəmə”də ifadə verməkdən imtina edib. Əsgərov ibtidai istintaq zamanı ona məlum olan hər şeyi dediyini və ehtiyac yaransa, “prokuror” Karen Qabrielyanovun həmin ifadələri yayımlaya biləcəyini deyib.

Bundan sonra, ifadə vereən Vrej Balayan azərbaycanlıların onun evindən hərbi formasını və şəxsiyyət vəsiqəsini oğurladığını bildirib. Dilqəm Əsgərov isə Valayanın hərbi formasını mərhum Həsən Həsənovun götürdüyünü və onun bundan xəbərsiz olduğunu deyib. Dilqəm Əsgərov yalnız separatçılar tərəfindən həbs olunduqdan sonra gödəkçəsinin cibində Balayana məxsus sənədlərin olduğunu söyləyib.

Dilqəm Əsgərov və Şahbaz Quliuyev 2014-cü ilin iyulunda öz doğma torpaqlarını ziyarət edən zaman girov götürülüblər. Hadisə zamanı Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb./modern/
835 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı