Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Polislərimiz kartof satır - Video

“Polis küçə ticarəti ilə mübarizə adı altında kasıb adamların malını mənimsəyir”. 

Bu fikirlər Bakının Maştağa sakinlərinin aznews.az-a ünvanladıqları şikayət məktubunda qeyd edilir. Bildirilir ki, əlacsızlıqdan yol kənarında öz təsərrüfatlarında becərdikləri meyvə-tərəvəzlərini satarkən polislər onlara hücum çəkərək, mallarını müsadirə edirlər. Şikayət məktubunun maraqlı hissəsi, həmin məhsulların bir qədər kənarda elə polislər tərəfindən satışa çıxarılması barədə qeyd olunanlardır. Bildirilir ki, poqonlular müsadirə etdikləri malları ya özləri yol kənarlarında satırlar, ya da yaxınlıqdakı mağazalara ucuz qiymətə verirlər.

Məsələ ilə bağlı həmin əraziyə göndərilən əməkdaş çox maraqlı görüntülər əldə edib. Belə ki, polis mundirində olan şəxs avtomobilinin yük yerinə qoyulan kisələrdən kartof və heyvanı paketlərə yığaraq, yaxınlıqdakı mağazaya və başqa şəxslərə satır. Polisin hərəkətlərindən aydın şəkildə görünür ki, o həyacanlıdır, müsadirə etdiyi malların bir hissəsini təhvil verib, satıb ərazidən uzaqlaşır... 

Həmin videonu və fotoşəkilləri təqdim edirik:

1007 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı