Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Husi inqilabçıları ilə terrorçular arasındakı qarşıdurmada hər iki tərəf itki verib

Yəmənin mərkəzində yerləşən əl-Bəyda əyalətinin ər-Rəda şəhəri ərazisində husi inqilabçıları ilə "əl-Qaidə" terror təşkilatı arasında gedən qarşıdurmalarada 40 nəfər ölüb.

İnterAz-ın "Əlcəzirə"-yə istinadla verdiyi xəbərə görə, ər-Rəda şəhəri ərazisində gedən döyüşlərdə husilər və "əl-Qaidə"nin hər biri minimum 20 itki veriblər.

ABŞ pilotsuz təyyarələri də sözügedən bölgədə "əl-Qaidə" terror təşkilatı və onunla müttəfiq olan qəbilə silahlılarının mövqelərini hədəfə alıb. Burada isə, minimum 12 nəfərin öldüyü bildirilir.

Bu arada Yəməndə husi inqilabçılarının lideri Əbdül-Məlik Husi Aşura günü ilə bağlı ilk dəfə olaraq, bütün yəmənlilərə müraciət edib. O, öz müraciətində ölkədə "əl-Qaidə", rüşvətxorluq və fitnəkarlığa eyni şəkildə mübarizə aparılmasını istəyib.
886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:13