Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Aşura günü “Şəhidlər Xiyabanı”nı ziyarət edildi

İçərişəhər “Cümə” məscidinin dini icması Aşura günü “Şəhidlər Xiyabanı”nı ziyarət etdi

Məhərrəm-səfər əyyamıdır. Dünyanın hər yerində yaşayan azadxah və vicdanlı insanların iradəvi kədəri yaşatdıqları dönəmdir.

Əhli-beyt (ə) sevərlər Vətəni olan Azərbaycanımızın hər bir guşəsində İmam Hüseynin (ə) və qəhrəman silahdaşlarının Kərbəlada şəhid olmasının anım mərasimləri keçirilir. İçərişəhər “Cümə” məscidinin dini icması da bu münasibətlə silsilə tədbirlər həyata keçirmişdir. Məhərrəm ayının əvvəlindən start götürən “məhərrəmin ilk ongünlüyü” mərasimləri Aşura günü xüsusi əzəmət və şövqlə qeyd edilmişdir.

Məhərrəm ayının 10-da – Aşura günündə, səhər saatlarında icmanın geniş iştirakı ilə əzadarlıq mərasimi başlamışdır. Mömin və möminələrin iştirak etdiyi mərasimdə Aşura müsibətini əks etdirən rövzə və mərsiyələr ifa edilmişdir. Sonra İçərişəhər "Cümə" məscidinin dini icmasının imam-camaatı Hacı İlqar İbrahimoğlu bir sıra dualar etmiş, bütün Hüseyn (ə) əzadarları üçün Allahdan xeyirli aqibət diləmişdir.

Aşura mərasimi Şəhidlər Xiyabanının ziyarəti ilə davam etdirilmişdir. Ziyarət zamanı əzadarlıq mərasimi keçirilmiş, 20 yanvar hadisələrində, Qarabağda şəhid olmuş həmvətənlərimizin ruhlarına dualar edilmiş, Quran ayələri oxunaraq şəhidləririmizin ruhlarına hədiyyə edilmişdir. Hacı İlqar İbrahimoğlu çıxış edərək Azərbaycan şəhidlərinin Kərbəla şəhidlərindən dərs aldığını vurğulamış, bu əzadarlıq mərasimlərinin bir gün Ağdamda, Şuşada keçiriləcəyini bildirmişdir. Hacı İlqar ziyarət zamanı qədirbilən xalqımızın xoş gələcəyi, Qarabağımızın azad olması, vətən şəhidlərimizin Kərbəla şəhidləri ilə məşhur olmaları üçün dualar edilmişdir. Mərasim "Fərəc" duasının oxunması ilə yekunlaşmışdır./Deyerler/

İçərişəhər “Cümə” məscidinin dini icması Aşura günü “Şəhidlər Xiyabanı”nı ziyarət etdi İçərişəhər “Cümə” məscidinin dini icması Aşura günü “Şəhidlər Xiyabanı”nı ziyarət etdi

939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:42