Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

“ABŞ dünyanın lider terrorçu dövlətidir”

Böyük amerikalı filosof Noam Çomski bütün dünyada Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) tərəfindən aparılan əməliyyatlara görə ABŞ-ı dünyanın bir nömrəli terrorçu dövləti adlandırıb.

Filosof N. Çomski, 2 gün əvvəl Nyu-York Tayms qəzetində dərc olunan məqaləyə münasibət bildirərkən bunu deyib. Məqalənin başlığı belə idi – “CİA-in gizli əməliyyatlarının öyrənilməsi Suriyada üsyançılara ABŞ dəstəyi haqqında şübhə yaradır”.

Ancaq N. Çomski qeyd edib ki, qəzet gərək düzgün başlıq seçsin: “67 ildir ki, mövcud olan CİA qlobal şəkildə hökumət əleyhinə qüvvələri dəstəkləyib və ABŞ-ı dünyanın lider terrorçu dövləti halına gətirib. Amerika bu gün bununla fəxr edir”.

Çomski onu da əlavə edib ki, qəzetin yazdığı Anqola, Nikaraqua və Kubaya “gizli yardım” edilməsi tamamilə yanlışdır. Çünki CİA qeyd edilən ölkələrə qarşı əsl terrorçu əməliyyatlar həyata keçirib./bakuinfo/
817 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi