Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

İmam Hüseyn (ə) hərəminin imamı Qüds briqadasına təşəkkür etdi

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) hərəminin imam camaatı Ayətullah Seyid Mürtəza Qəzvini özünün dünən axşam şam və işa namazından sonrakı çıxışında İran İslam Respublikasının İnqilab Keşikçiləri Briqadasına (SEPAH) təşəkkür etdi.
O deyib: SEPAH-ın Qüds korpusunun iranlı qüvvələri bir neçə gün öncə baş tutmuş “Curf ən-Nəsr” əməliyyatında İraq ordu qüvvələrilə əməkdaşlıq etdilər.
O əlavə edib: Qüds briqadasının ölkədəki varlığı və İraq qüvvələrilə əməkdaşlığı İraq qüvvələrinin terrorçu və təkfirçi qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinə (İŞİD) qələbə çalmasına və onlara ağır xəsarətlər yetirməyə səbəb oldu. Buna görə mən öz növbəmdə Qüds briqadasına təşəkkür edirəm.
O deyib: Mənə verilən məlumata əsasən, dörd gün əvvəl terrorçular Kərbəla şəhərinə hücum etmək istəyirmişlər. Lakin, Allaha şükür olsun ki, SEPAH qüvvələrinin və İraq silahlı qüvvələrinin əməkdaşlığı nəticəsində təkfirçilərin planı uğursuzluğa uğradı.
886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber