Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

İŞİD neft işçilərinə nə qədər maaş verir?

İŞİD terrorçuları İraq və Suriyada işğal etdikləri ərazilərdə neft müəssisələrinin işini bərpa etmək və neft qaçaqmalçılığı ilə məşğul olmaq üçün işçi qüvvə cəlb etməyə görə mütəxəssislərə yüksək maaş vəd edirlər.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, Suriya və İraqda bir neçə neft müəssisəsini öz əllərində saxlayan terrorçu və təkfirçi qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) işçi çatışmazlığı yaşayır. Çünki bu müəssisələrin işçilərinin əksəriyyəti İŞİD-in qorxusundan qaçmışdır.
Küveytin əl-Vətən qəzeti məlumat verir ki, İŞİD təkfirçi terrorçuları neçə aydır ki, Suriya və İraqın neft və qaz mədənlərini ələ keçirmişlər. Hazırda onlar neftin çıxarılması və qaçaqmalçılığı üçün insan qüvvəsi çatışmazlığı böhranı ilə üz-üzə qalıblar. Buna görə də, öz neft müəssisələrində çalışacaq işçilər üçün ağlasığmaz məbləğdə maaşlar təklif edirlər. Bundan öncə iraqlı və suriyalı işçilər bu qədər maaş ala biləcəklərini heç ağıllarına belə gətirməmişdilər.
Neft qaçaqmalçılığı və qara bazarlarda gündə bir neçə milyon dollarlıq neft satmaq İŞİD-in ən mühüm gəlir yerlərindən biri sayılır. Misal olaraq, təkfirçi terrorçular ilk dəfə elan ediblər ki, son zamanlar əllərinə keçmiş bir neft müəssisəsini idarə etmək üçün mühəndis axtarılır. Ona illik 225 min dollar maaş verəcəklər. Bu da ayda 18.750 dollar edir. Bu maaş Fars körfəzində olan ərəb ölkələrinin uyğun işlə məşğul olan mühəndislərinə verilir.
Təkfirçi terrorçuların bu işlə məşğul olmaq üçün şərti də var: İşçilər beyət etməli və neftayırma zavodlarında iş təcrübələri olmalıdır.
İngiltərənin Times qəzeti bu barədə yazıb: Bir neft mühəndisinə ildə 225 min dollarlıq maaş İŞİD-in elan etdiyi yeganə vakansiya deyil. Əksinə bu qruplaşma neft müəssisələrində boş qalmış iş yerlərini doldurmaq üçün daha çox işçiyə ehtiyac duyur.
983 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...