Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

“Məni istənilən yolla mühakimə etmək istəyirlər”

Bu gün Yasamal rayon məhkəməsində Azər Tağıyevin sədrliyi ilə Leyla Yunusun kamera yoldaşı Nuriyə Hüseynovanın vəkil Əlaif Həsənova qarşı iddiası üzrə proses davam edib.

Xatırladaq ki, vəkil birgə saxlanıldıqları təcridxanada Hüseynovanın Yunusa qarşı fiziki təzyiq göstərməsi faktlarını yayıb. Onun məlumatı “Azadlıq” qəzetinin 17 sentyabr 2014-cü il tarixli sayında dərc edilib. Bundan sonra vəkilin “cinayətkar” və “residivist” adlandırması ilə Hüseynova “təhqir olunub”.

Sonradan iddiaya “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin adı da daxil edilib, lakin daha sonra Hüseynova ondan şikayət etmək fikrindən daşınıb. Noyabrın 5-də keçirilən iclasda Həsənov işin onun yaşayış yeri üzrə qeydiyyatda olduğu Zərdab rayon məhkəməsinə göndərilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin 92-ci Zərdab dairəsinin seçki komissiyasının üzvü olduğu haqqında arayış təqdim edib. Qanunvericilik seçki komissiyası üzvünün cinayət məsuliyyətinə cəlb edilməsi imkanlarını məhdudlaşdırır və bunun üçün prokurorun icazəsi olmalıdır.

Vəkil Cavad Cavadov işə Zərdab rayon məhkəməsində baxılması haqqında vəsatəti dəstəkləyib. Lakin hakim Tağıyev bununla razılaşmayaraq, işin Zərdab rayon məhkəməsinə göndərilməsi haqqında vəsatətə artıq baxıldığını bildirib.

Daha sonra Əlaif Həsənov deyib ki, o, ona aid olmayan ifadələrə görə mühakimə olunur. “Azadlıq” qəzetinin onun facebook-dakı statusundan istifadə edərək, ona öz şərhlərini əlavə etdiyini qeyd edən vəkil redaksiyanın bütün bunları təsdiq edən rəsmi sənədi məhkəməyə təqdim etdiyini bildirib.

“Sadəcə olaraq, məni, necə olursa olsun, mühakimə etmək və bunu Yasamal rayon məhkəməsində etmək istəyirlər”, deyə Həsənov vurğulayıb. Öz növbəsində, Nuriyeva bildirib ki, o, işə Zərdab rayonunda baxılmasına qarşıdır. O, bunu xəstə olması və uzaq yolun onun səhhətinə mənfi təsir edəcəyi ilə əsaslandırıb.

Daha sonra Əlaif Həsənov bütünlükdə Yasamal rayon məhkəməsi heyətinə etiraz edib. Lakin etiraz qəbul edilməyib.

Növbəti iclas noyabrın 6-na təyin edilib.
943 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi