Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Noyabr 2014

Xalid Bağırov Leyla Yunusun müdafiəsindən uzaqlaşdırıldı

Vəkil Xalid Bağırov Sülh və Demokratiya İnstitutunun həbsdə olan rəhbəri Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılıb.

Vəkil bildirib ki, rəhbəri Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılması haqda məlumat ona noyabrın 5-də verilib: “Nə səbəbə kənarlaşdırılmağımı bilmirəm. Noyabrın 5-də Bakı İstintaq Təcridxanasında Leyla xanımla görüşmək istəyirdim. Amma dedilər ki, mənim Leyla Yunusun müdafiəsindən uzaqlaşdırıldığım haqda Baş Prokurorluğun İstintaq İdarəsindən məktub alıblar”.

Oktyabrın 30-da vəkil Cavad Cavadov da Leyla Yunusun müdafiəsindən uzaqlaşdırılmışdı.

Leyla Yunus iyulun 30-da həbs edilib. Onun həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti Arif Yunus da həbsdədir. Arif Yunus avqustun 5-də tutulub. Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Arif Yunus tutulandan MTN-in təcridxanasında, Leyla Yunus isə Bakı İstintaq Təcridxanasında saxlanır.
922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22