Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2013

“ABŞ-ın hüsnü-niyyətindən ciddi bir nişanəni hələ görməmişik”

İranın xarici işlər naziri Muhəmədcavad Zərif Amerika prezidentinin “Bütün seçimlər, o cümlədən hərbi seçimlər masa üzərindədir” müraciətinə öz münasibətini bildirmişdir. Obamanın Netanyahu ilə görüşünə aid münasibətini bildirmiş və Obamanın mövqeyini tənqid etmişdir.
Zərif deyir: “Bir neçə gündür ki, daxili müsahibələrdə insanlarımıza ərz etdim ki, keçən həftə çətin və enişli-yoxuşlu bir yolun başlanğıcı idi. Bu yolda müsbət bir dəyişikliyə görə heyrətə gəlmək lazım deyildir. Bir çətinliyə görə ölkəmizin izzətli mənafeyinin ardınca getməkdən qalmaq da olmaz. Hər şeydən mühüm olanı odur ki, daxili mənafeyi irəli aparmaq üçün dəyişiklikləri və işləri elə tanıtmaq lazım deyildir ki, milli mənafelər zədələnsin. Ya da müzakirə tərəfinə yanlış müraciət versin.
Netanyahu və Amerikanın ekstremist qrupları çox nigarandırlar. Amerikanın 75%-i nüvə mövzusunu müzakirə yolu ilə həll etmək istəyir. Bu, o halda baş verir ki, bir neçə ay əvvəl amerikalılar bu mövzunun tək həll yolunu hərbi yollarda görürdülər. Məlumdur ki, müharibə istəyənlər gərək Ruhanidən qorxsunlar.
Netanyahu cümə günü bir neçə məqalə ilə öz hücumunu başlatmışdır. Nüvə müzakirələrin qarşısını almaq üçün Vaşinqtona gedir. İndi də Millətlər Təşkilatında çıxış etməkdədir. Daha bir aldadıcı işini nümayiş etdirir. (Farsnyus)
Netanyahunun bütün hədəfləri budur ki, müzakirəyə mane olsun ki, Konqressi sanksiyalara daha çox təzyiq göstərməsinə nail ola bilsin.
Amerikanın xarici işlər naziri 60 dəqiqəlik bir verilışdə demişdir ki, üç ay ərzində nüvə mövzusunu həll edə bilərik. Bu da həmin təzyiqlərə bir cavabdır. Netanyahu İsrailin mənafeyini Amerikanın mənafeyindən üstün hesab edir. Öz çirkin hədəflərinə çatmaq üçün hər cür təzyiq və hədədən istifadə edir.
Obamanın sözləri qəbul ediləsi deyildir. Bir Amerika prezidentinin nüvə mövzusunu həll edəcək və bu mövzuda ölkəsinə tarixi rəhbərlik edəcək bir rolu nümayiş etdirməmişdir. Ancaq bu gözlənilməz bir şey deyildi. Məlumdur ki, Netanyahunu və bəzi ərəb ölkələrini sakitləşdirmək istəyir.
Bunu bilirik ki, Amerikada olanların çoxu İran millətinə təzyiq göstərilməsinin ardıncadırlar. Bilirik ki, müharibə istəyində olanlar bu mövzunun həll olmasından nigarandırlar. Öz həyatlarını yalanda görürlər. Bilirik ki, Amerika hüsnü-niyyətdə olsa belə, bu qrupların təsiri altına düşür. Bilirik ki, yalançı hesabatları ilə müzakirəylə bağlı sözlərində təzad vardır. Əslində elə bu qarışıqlığa görədir ki, əvvəldə çətin yol getdiyimizi təzəkkür etmişdik. Keçmişdə olan bəziləri kimi yaxşı bir müzakirədən heyrətə gəlmədik. Açıq gözlə böyük İran xalqının mənafeyini izləyəcəyik. Ancaq icazə verməyəcik ki, Netanyahu müzakirələrin gəlcəyini təyin etsin.
Bu sözlərdən çox eşidəcəyik. Möhkəm bir şəkildə cavab da verəcəyik. Mühüm budur ki, çətin bir yolu başlatdığımızı bilək. Bu yol diplomatik bir döyüşdür. Nə dostcasına və nə də səmimi bir rabitədir. Bilmirəm ki, niyə dostların bəzisi öz söhbətlərində elə buyururlar ki, sanki prezident və 30 il siyasi bir həyata malik olan mən, siyasi bədihiyyatları dərk etməkdə gücsüzük. Bu sözlər ola bilsin ki, yaxşı bir çıxış sayılsın. Ancaq əziz qardaşlar bunu bilin ki, qarşı tərəf üçün pis nəzəriniz vardır. Sizin müzakirə edənlərinizi bişməmiş və tezinan kimi cilvə etdirir”./Deyerler
1666 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber