Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

Türk dənizçiləri piratlar qaçırdı

Türkiyə şirkətlərindən birinə aid kimyəvi məhlulla yüklənmiş “Basat” adlı tanker gəmisi Nigeriya sahillərində piratların hücumuna məruz qalıb. 14 nəfərlik gəmi heyətindən 12 nəfəri bunkerdə gizlənsə də 2 nəfəri piratlar qaçırıb. Gəmidəki qiymətli əşyaları da qarət edən piratlar “Tersan” dənizçilik şirkətinin 2 heyəti üçün rəhbərlikdən fidyə tələb edir.

Baş vermiş hadisədən sonra “Tersan” şirkətinin rəhbərliyi Nigeriyadakı vəkilləri ilə təmas qurub. Rəhbərlik, vəkillər vasitəsilə piratlarla danışıqlar aparıldığını, bunkerdə gizlənən dənizçilərin vəziyyətinin yaxşı olduğunu deyib.

Məlumata görə, qaçırılan dənizçilər Əmrah Samançıoğlu və Murad Yılmazdır.
1060 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP