Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

İŞİD-in snayperi vuruldu

Suriyanın Kobani şəhərində İŞİD-lə peşmərgə qüvvələri arasında gedən şiddətli döyüşlərdə kürd yaraqlılar üstünlüyü ələ alıb.

ABŞ başda olmaqla anti-İŞİD koalisiya qüvvələrinin endirdiyi 3 hava zərbəsindən sonra peşmərgə qüvvələri hücuma keçib. Hücum zamanı İŞİD-in peşəkar snarperçilərindən biri öldürülüb. İŞİD hücumların qarşısını almaq istifadə etdiyi kamikadzeni də kürd yaraqlılar məhv edə bilib.

Peşmərgə hücumu İŞİD-in 2 hərbi maşının da vurulması ilə nəticələnib. İŞİD xeyli itki versə də, peşmərgə əhəmiyyətli irəliləyişə nail olmayıb.

Rakkadan göndərilən silah təchizatı yolda məhv edildiyi üçün İŞİD hücumlara adekvat cavab verə bilmir.

Bu arada Kobanidən qaçqın düşən sakinlərin doğma şəhərə qayıtmğa başlayıb. Artıq şəhərdə 3 minə yaxın sakinin olduğu bildirilir.
1011 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:19