Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

Kəmaləddin Heydərov yataq dəsti idxalını monopoliyaya alıb

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəyə yataq dəstlərinin gətirilməsinə qadağa qoyub. Bu barədə bu qadağa ilə üzləşən və təhlükəsizlik baxımından adının çəkilməsini istəməyən mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, bunun səbəbi Sumqayıtda fəaliyyət göstərən və KəmaləddinHeydərova məxsus “Gilan” Tekstil Parkında yataq dəstlərinin istehsal olunmasıdır. Mənbə bildirirki, hətta xaricdən yataq dəstlərinin pərakəndə gətirilməsi belə müşkülə çevrilib. Gömrük işçiləri yüklərin arasında yataq dəsti görən kimi dərhal onu gətirənvətəndaş ıçağıraraq “Gilan” Tekstil Parkına göndərirlər. Vətəndaş sözügedən müəssisədə gətirdiyi hər yataq dəsti üçün 70 dollar ödəniş etməlidir.Bundan sonra ona xaricdən gətirdiyi yataq dəstini guya “Gilan” Tekstil Parkından alması barədə arayış təqdim olunur.Vətəndaş da öz növbəsində bu arayışı gömrüyə təqdimedir. Əks təqdirdə nəinki vətəndaşın gətirdiy iyataqdəsti, bütövlükdə yükü ölkəyə buraxılmır.
Mənbə bildiribki, yataq dəstinin hər birinə görə edilən ödənişin məbləğini “Gilan” Tekstil Parkı müəyyənləşdirir.Məbləğ də vətəndaşın aldığı qiymətdən bir neçə dəfə artıqolur.Türkiyədə 8-10 dollara alınan yataq dəsti burada 7 dəfə baha qiymətə rəsmiəşdirilir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənməyə cəhd etsək də, qurumun mətbuat xidmətindən zənglərə cavab verən tapılmayıb./istiqlal/
1054 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı