Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

Gürcüstanda hakim "Gürcü arzusu" koalisiyası dağılıb

Gürcüstan mətbuatının verdiyi məlumata görə, dünən istefaya göndərilən müdafiə naziri İrakli Alasaniyanın lideri olduğu “Azad demokratlar” partiyası koalisiyanın parlamentdəki fraksiyasını tərk edib.

İ. Alasaniya bildirib ki, bu gün koalisiyaya daxil olan partiyaların rəhbərləri ilə görüş keçirilsə də, konstruktiv dialoq baş tutmayıb. Buna baxmayaraq, o, koalisiya üzrə tərəfdaşları ilə sivil şəkildə vidalaşdığını deyib.

“Bizi “Gürcü arzusu”nun ofisində Bidzina İvanişvili qarşılasa da, diskussiya alınmadı. Ona görə ki, biz bura İvanişvili ilə danışmaq üçün gəlməmişdik. Mən sabiq tərəfdaşlarla bizi bu addımı atmağa vadar edən səbəblər barədə danışmaq istəyirdim. Təəssüf ki, söhbətimiz baş tutmadı. Amma mən əminəm ki, gələcək siyasi həyat bizə Gürcüstana xidmət etmək üçün şans verəcək”, - deyə İ. Alasaniya vurğulayıb.
968 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP