Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Noyabr 2014

Kəlbəcərli müəllimlər 4 aydır maaşlarını ala bilmirlər

Təhsil şöbəsi müdiririnin əmək haqlarını icra başçısının göstərişi ilə «müsadirə» etdiyi deyilir

Kəlbəcər rayonunun orta məktəblərində dərs deyən müəllimlərin maaşları 4 aydır verilmir. Bu barədə kəlbəcərli müəllimlər məlumat veriblər.

Onların bildirdiyinə görə, belə bir vəziyyətin yaranmasına səbəb rayon təhsil şöbəsinin müdiri Məhyəddin Abdürrəhmanovun göstərişi olub. Müəllimlər qeyd edirlər ki, Kəlbəcərin 114 orta məktəbi var və onlardan 80-ni faktiki olaraq öz gücü hesabına fəaliyyətini davam etdirir. Ölkənin əksər rayonlarında qərarlaşmış bu orta məktəblərdə təhsilin səviyyəsinin xeyli aşağı olduğu deyilir.

M.Abdürrəhmanov 4 ayda müəllimlərə çatmalı olan əmək haqlarının özbaşına deyil, Kəlbəcərin icra başçısı Aqil Məmmədovun tapşırı əsasında verilmədiyini bildirir. Onların sözlərinə görə, bu pulların hansı məqsədlə saxlanıldığının sirri məlum deyil.

Masazır qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər məktəbinin müəllimləri isə artıq dözmürlər. Onlar əmək haqqısız yaşamağın mümkün olmadığını və bu səbəbdən də etiraz səslərini qaldırmaq fikrində olduqlarını deyiblər. Kəlbəcərli müəllimlər İcra Hakimiyyətinin qarşısında toplaşaraq, etiraz aksiyası keçirməyə hazırlaşır./jam.az/
916 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...